Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Heydər Əliyev Mərkəzinin və GİKM-nin Tovuz rayon  nümayəndəliyinin birgə təşkilatçılığı ilə işğaldan azad olunmuş rayonlarımız haqqında  hazırlanmış videoçarxlar nümayiş etdirilmişdir

08.10.2021

08 oktyabr 2021-ci il tarixdə Tovuz rayon Heydər Əliyev Mərkəzinin və GİKM-nin Tovuz rayon  nümayəndəliyinin birgə təşkilatçılığı, gənclərin və qazilərin iştirakı ilə işğaldan azad olunmuş rayonlarımız haqqında  hazırlanmış videoçarxlar nümayiş etdirilmişdir. İlk öncə vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra  çıxış edən Mərkəzin direktoru Humay Aslanova  iştirakçıları salamlayaraq bildirib  ki, tədbirin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın şərəfli həyat və döyüş yolunu gənclərə təbliğ etmək, onları daha yaxından tanıtmaq və işğaldan azad edilmiş rayonlarımıza gəncləri virtual səyahət etdirərək erməni vandalizminin törətdiyi vəhşiliyi gənclərimizə aşılamaqdır. Görüş zamanı hazırlanmış olan videoçarxda nümayiş olunan yerlərdə vuruşmuş və qazi olmuş müharibə iştirakçıları öz xatirələrini tədbir iştirakçıları ilə bölüşüb, gənclərin suallarını cavablandırıb.
Daha sonra gəncimiz Leyla Yahyayeva Cəbrayıl, Hadrut, Füzuli rayonları haqqında hazırladığı təqdimatı iştirakçılara təqdim edib.